Nazir bu postun komandirini işdən çıxardı
04 sentyabr 2019 12:15 (UTC +04:00)

Nazir bu postun komandirini işdən çıxardı

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

BDYPİ-dən APA-ya faktı təsdiqləyiblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar