Bir gecədə iki bıçaqlanma hadisəsi
24 yanvar 2015 11:29 (UTC +04:00)

Bir gecədə iki bıçaqlanma hadisəsi

 

Gəncə şəhərində bir gecədə iki bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələrdən biri şəhərin “Metallurq” stadionun yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Bağırov Məhəmməd Rafiq oğlu qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun dostu Asim adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

 

Ötən gecə şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Dursunov Araz Zaur oğlu isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hələ ki, A. Dursunovun kim tərəfindən bıçaqlandığı məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226

Oxşar yazılar