“Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar anıldı
20 yanvar 2015 12:36 (UTC +04:00)

“Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar anıldı

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti  başçısı  Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və  şəhid ailələri ilə görüşüb. Binəqədi Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, səmimi mühitdə keçən görüşdə icra başçısı bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd edib. Daha sonra “20 Yanvar Cəmiyyəti” Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və  şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.

Görüşdən sonra Rayonun Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci  ildönümünə həsr olunmuş anım mərasimi keçirilmilib. Tədbirdə Rayon İcra Hakimiyyəti  rəhbərliyi, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  İlqar Süleymanov bildirib ki, bu hadisə SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunun göstəricisidir: “Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı  ucbatından hər hansı qiymət verilməyən hadisə məhz Ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndər onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını bütün çılpaqlığı ilə ifşa etdi”.

Anım mərasimində həmçinin “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar