Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin, dəhlizinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.