Binə ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, ticarət mərkəzinin ikinci sıra, 22-ci mağazanın tavanından xadimə qadın yıxılıb. Məlumata görə, 1961-ci ildə Lənkəran rayonunda anadan olmuş, Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində yaşayan və qeydiyyatda olan Səttarova Vəsilə Xeybər qızı mağazanın tavanını silərkən yıxılıb. Qadın ağır kəllə-beyin travması alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar araşdırma aparılır.