Biləsuvarda iki qardaşı güllələdilər
09 oktyabr 2014 12:41 (UTC +04:00)

Biləsuvarda iki qardaşı güllələdilər

Biləsuvarda silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xırmandanlı kəndində kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram güllələniblər. Hər iki şəxs tüfəngdən açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya gətirilib.

Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq Biləsuvar rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini təhvil verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021

Oxşar yazılar