Yanvarın 26-da Biləsuvar rayonunun ərazisindəki 8 saylı qəsəbədə bankomatdan oğurluğa cəhd göstərilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəbrayıl rayon sakini Xəyyam Əliyev "Kapital-Bank"-a məxsus bankomat aparatını kəsici və deşici alətlə zədələyib.
X.Əliyev Cəbrayıl RPŞ əməkdaşları tərəfindən tutulub.