Biləsuvarda 32 yaşlı kişi evində özünü asdı
14 yanvar 2016 14:10 (UTC +04:00)

Biləsuvarda 32 yaşlı kişi evində özünü asdı

0

 

Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb.

 

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

 

Qeyd edək ki, Firuz Sadıqov evli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar