Biləcəridə bıçaqlanma
10 may 2014 12:29 (UTC +04:00)

Biləcəridə bıçaqlanma

Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, M.Mikayılov küçəsində yaşayan Nəbi Qurbanov qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə KTM-ya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Zəngilan rayon sakini Bayram Səttarov tutulub.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

# 588
avatar

Oxşar yazılar