Bıçaqlanan paytaxt sakini xəstəxanada öldü
09 avqust 2019 10:21 (UTC +04:00)

Bıçaqlanan paytaxt sakini xəstəxanada öldü

0
 
Bakıda qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bir neçə gün əvvəl bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. A.İsgəndərov avqustun 8-də aldığı xəsarətdən xəstəxanada ölüb.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar