Bəyləqanda və Gədəbəydə 1 ton 176 kq çətənə kolu aşkar olunaraq məhv edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitən, çəkisi 230 kiloqram olan 132 ədəd çətənə kolu aşkar edilib.
Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novosaratovka kəndində yabanı halda bitib, çəkisi 946 kq olan 1980 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.