Betonqarışdıran aşdı, 2 nəfər yaralandı
23 aprel 2013 11:20 (UTC +04:00)

Betonqarışdıran aşdı, 2 nəfər yaralandı

Bakı-Ələt yolunda ağır yol qəzası baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 10.00 radələrində Bakı şəhəri istiqamətində hərəkətdə olan “KamAZ” markalı betonqarışdıran maşın yoldan çıxaraq aşıb. “Mercedes” markalı minik avtomobili isə yoldan çıxaraq aşan “KamAZ”-a çırpılıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində iki nəfər yüngül xəsarət alıb.

 

Hazırda yol qəzasının baş vermə səbəbləri araşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar