Bərdədə yanğın: 5 nəfər xəsarət alıb
21 aprel 2014 23:40 (UTC +04:00)

Bərdədə yanğın: 5 nəfər xəsarət alıb

Aprelin 21-də Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bərdə rayonunun rayon mərkəzindən 13 km aralıda yerləşən Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağında ev əşyaları 12 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğınsöndürənlər hadisə yerinə çatanadək yanğın qonşular tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

# 599
avatar

Oxşar yazılar