Bərdədə maşın piyadanı vuraraq öldürdü
25 noyabr 2015 23:19 (UTC +04:00)

Bərdədə maşın piyadanı vuraraq öldürdü

0

Bərdədə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə Bərdə şəhərinin Koroğlu küçəsində qeydə alınıb. 

 

Namiq Qarayevin idarə etdiyi 99 XA 936 dövlət nömrə nişanlı  "Ford" markalı mikroavtobus qarşısına çıxan piyada, Qubadlı rayonundan məcburi köçkün olan  1963-cü il təvəllüdlü Atlıxanlı Sevgili Bayram qızını vurub.  Mikroavtobusun ön hissəsinə zərblə  çırpılan qadın hadisə yerində keçinib. 

 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı  araşdırmalarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar