Sentyabrın 9-da Bərdə rayonu Vəliuşaqlı kəndinin ərazisində kənd sakini Seymur Cəmilov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Elman Qurbanovu qətlə yetirib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Seymur Cəmilov könüllü olaraq Bərdə Rayon Polis Şöbəsinə gələrək təslim olub.
O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan tüfəngi və 2 ədəd patronu təhvil verib.