Bərdə və Salyanda yanğın olub
11 mart 2018 12:57 (UTC +04:00)

Bərdə və Salyanda yanğın olub

Bu gün Bərdə rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmamqulubəyli kəndində ümumi sahəsi 160 m2 olan tövlənin çardağı 40m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

 

Oxşar hadisə Salyan rayonu, Kürsəngi kəndində də qeydə alınıb. Ümumi sahəsi 168 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar