Bələdçilər üçün dərslik yazılıb
15 oktyabr 2013 11:12 (UTC +04:00)

Bələdçilər üçün dərslik yazılıb

“Dəmir yolu nəqliyyatında sərnişin daşımaları” (vaqon bələdçiləri və sərnişin təsərrüfatı işçiləri üçün dərs vəsaiti) kitabı işıq üzü görüb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə,Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov və həmin departamentin maliyyə şöbəsinin rəisi Cabbar Camalovun zəhməti ilə ərsəyə gətirilən bu kitab Təhsil Nazirliyinin  12 aprel 2013-cü il tarixli 536 №-li əmri ilə dərs vəsaiti kimi təsdiqlənib.

Bu vəsaitdə sərnişin təsərrüfatında 2013-cü ilin yanvar ayına qədər qüvvədə olan qaydalar, gediş sənədlərinin (biletlərin) və blanklarının forma və rekvizitləri, bilet təsərrüfatı haqqında təlimatlar və digər normativ sənədlər, onların tərtibat qaydası və s. barədə müfəssəl məlumat əldə etmək olar.  Ümumilikdə, sərnişin təsərrüfatında bilet kassalarının işi, qatarlarda vaqon bələdçilərinin sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin keyfiyyəti dəmir yolu nəqliyyatının fəaliyyətinin aynası hesab olunur. Bu baxımdan dərs vəsaitinin ərsəyə gətirilməsində əsas məqsəd vaqon bələdçisi peşəsinə yiyələnmək istəyən gənclərə kömək etmək və sərnişin təsərrüfatında  çalışanların peşə hazırlığının artırılmasına yardımçı olmaqdan ibarətdir. Dərs vəsaiti sərnişin vaqonlarının konstruksiyaları, avadanlıqları, onlara texniki xidmət göstərilməsi və istismarı qaydaları, dəmir yolu nəqliyyatında sərnişin daşımalarının təşkili, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, fövqəladə hallar zamanı davranış qaydaları və bədbəxt hadisələr zamanı sərnişinlərə ilk tibbi yardım göstərilməsi metod və üsulları da geniş şərh edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484
avatar

Oxşar yazılar