Bayram günlərində təcili yardıma 4 minədək müraciət olub
02 yanvar 2015 10:46 (UTC +04:00)

Bayram günlərində təcili yardıma 4 minədək müraciət olub

Bayram günləri Bakıda təcili yardıma müraciətlərin sayı təxminən 4 minə çatıb. Bu barədə Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.

Onun sözlərinə görə, bayram günlərində BŞTTTYS-də 3900 müraciət qeydə alınıb. Belə ki, 2014-cü il dekabrın 31-də 1900, 2015-cü il yanvarın 1-də 2000 çağırış olub.

"Bayram günlərində poliklinikalar işləmədiyindən şəhərin bütün yükü təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Çağırışlar əsasən ürək-damar xəstəliyi ilə bağlı olub". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134

Oxşar yazılar