Bayram günlərində 18 nəfər dəm qazından zəhərləndi
05 yanvar 2016 13:02 (UTC +04:00)

Bayram günlərində 18 nəfər dəm qazından zəhərləndi

“Bayram günlərində 18 nəfər dəm qazından zəhərlənib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib”.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

 

A.Maqsudovun dediyinə görə, dəm qazı ilə bağlı xəstəxanaya yerləşdirilən 12 nəfərdən 10-u ilkin tibbi yardım göstərildikdən sonra  evə buraxılıb, 2 nəfərin müalicəsi hələ davam etdirilir. Onlar da yaxın günlərdə evə buraxılacaq.

 

A. Maqsudov qeyd edib ki, 2015-ci ilin sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında 16, dekabr ayında isə 24 nəfər dəm qazından zəhərlənib.

 

Şöbə müdirinin sözlərinə görə, bayram günlərində 4 nəfər dərmanın allergik reaksiyası, 16 nəfər sərxoşluq, alkollu içkilərin qəbulu zamanı zəhərlənmə yaşadığı üçün şöbəyə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar