Bakıda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə postundan, təxminən, 600 metr aralıda, nəzarət olunmayan ərazidə) bir nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.