Baş redaktorun həyat yoldaşını öldürən şəxslə bağlı yeni məlumatlar
22 avqust 2013 13:51 (UTC +04:00)

Baş redaktorun həyat yoldaşını öldürən şəxslə bağlı yeni məlumatlar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Dadaşovanın qətlə yetirən şəxsin digər cinayət əməlləri də üzə çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 3-də Xırdalan şəhər sakini Əminə Məmmədovanın evindən 2000 manat pul, 1000 manat dəyərində qızıl əşyaları və iyulun 27-də Güləbəddin Orucovanın evindən 3250 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilib.

 

Hər bir fakt üzrə araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988

Oxşar yazılar