Bu gün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir. Lent.az-ın məlumatına görə, iclasda bütün rayon prokurorları, idarə rəisləri və digər rəhbər şəxslər iştirak edir. Kollegiyada 2012-ci ilin yekunları, görülmüş işlər, qaşıda duran vəzifələr müzakirə olunur.
Kollegiyada keçən il açılmamış qalan cinayət hadisələrinin üstünün açılması ilə bağlı müvafiq tapşırıqların verilməsi də gözlənilir. İclasda baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edəcək.
Qeyd edək ki, yanvar ayı ərzində Bakı şəhər Prokurorluğunda, Respublika Hərbi Prokurorluğunda, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində keçən ilin yekunları müzakirə olunub.