Baş Prokurorluq mühafizəçilərlə bağlı məlumat yaydı
21 yanvar 2015 13:50 (UTC +04:00)

Baş Prokurorluq mühafizəçilərlə bağlı məlumat yaydı

Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları işə düzəltmək adı altında dələduzluq edən şəxslə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi rayon Polis İdarəsində araşdırılıb.

Aparılan araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri  işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, dələduzluqla üzləşmiş mühafizəçilər 2 gün əvvəl paytaxta etiraz aksiyası keçirməyə cəhd göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar