Baş Prokurorluq direktorun intiharı ilə bağlı məlumat yaydı
31 iyul 2013 12:47 (UTC +04:00)

Baş Prokurorluq direktorun intiharı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Quba rayonunda məktəb direktorunun intiharı ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 30 iyul 2013-cü il tarixdə saat 09:10 radələrində Quba rayonunun Mucu kənd orta məktəbinin direktoru Əliağa Eyvazovun məktəbin kitabxanasında asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Həmçinin digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyitin xarici müayinəsi zamanı onun boyun nahiyəsində asılmaya xarakterik olan stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar olunmayıb.

 

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibbi ekspertiza təyin edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4525
avatar

Nizam Rza

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00