Baş Prokurorluq "milyonluq cinayət" barədə məlumat yaydı
20 fevral 2013 18:31 (UTC +04:00)

Baş Prokurorluq "milyonluq cinayət" barədə məlumat yaydı

Baş Prokurorluq daha bir korrupsiya cinayəti üzrə istintaqın yekunlaşması barədə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  “Badu-Kübə” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb. Müəyyən edilib ki, Əliyev Nəsib Yusif oğlu “Şahbulaq” MTK-nın sədri kimi 2006-2010-cu illərdə “Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni Cabbarov Zaur Zeynal oğlu və “Texnikabank” ASC-nin Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən «Badu-Kübə» və «Şahbulaq» MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar. Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq ediblər.

 

Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən  “Badu-Kübə” MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib. Cinayət işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmamış və barəsində axtarış elan edilib. Qeyd olunan cinayət işindən Elton Əliyev, Asif Əsədullazadə və qeyrilərinin barəsində digər epizodlar üzrə Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaqı aparılır. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2470
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46