Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifədən azad edilib. Lent.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmir ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a bildirilib ki, rəis vəzifəsini Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Anar Əkbərov icra edir.