Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib.
İdarədən APA-ya verilən məlumata görə, sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq xidmətləri gücləndirilmiş iş rejimində işləyəcək, polis naryadları gücləndiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil sıxlığı yaranmaması üçün paytaxt sakinlərinə və qonaqlara müraciət edərək onları sentyabrın 16-da şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırır.