Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, mayın 17-si saat 23:30 radələrində Sabunçu rayonu Zabrat - Mağtağa yolunda Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Xəyal Əsgərovun idarə etdiyi «MG» markalı və 1980-ci il təvəllüdlü Kamran Nuriyevin idarə etdiyi «BMW» markalı avtomobillər toqquşub. Nəticədə, K.Nuriyev və sərnişinləri 1980-cı il təvəllüdlü Zaur Məmmədov, 1969-cu il təvəllüdlü Əzizağa Novruzov, 1990-cı il təvəllüdlü Həmidağa Nəbizadə və X.Əsgərov müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.
X.Əsgərov xəstəxanada, sərnişini 1993-cü il təvəllüdlü Mahmud Quliyev hadisə yerində ölüb.