Bakı şəhər Baş Polis İdarəsi mayın 18-də Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, 28 May küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində Samir Məmmədovun idarə etdiyi «Daewoo» markalı avtobusla Pənah Əliyevin idarə etdiyi «Mersedes» markalı avtomobil toqquşub. Nəticədə, P.Əliyev və sərnişinləri Pavel Papov hadisə yerində ölüb. Digər sərnişinlər Ramin Həsənov, Elman Qafarov, Nailə Kərimova və avtobusun sərnişini İradə Hüseynova KTM-ə yerləşdiriliblər.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.