Banka saxta pul verən tutuldu
06 sentyabr 2019 15:55 (UTC +04:00)

Banka saxta pul verən tutuldu

0
 
Yasamal rayonunda banka saxta pul təqdim olunub.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, sentyabrın 5-də Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı xidmət etdiyi bankda pozuntuya yol verən şəxsi saxlayıb. Onun banka 200 avroluq saxta əskinas təqdim etdiyi bildirilir.
 
27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar