Bank müdirinə cinayət işi açılıb
19 may 2014 14:28 (UTC +04:00)

Bank müdirinə cinayət işi açılıb

Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsasların olması üzə çıxıb. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4551
avatar

Nizam Rza

Oxşar yazılar