Balakənə 2 milyon ayrıldı - SƏRƏNCAM
22 avqust 2013 18:53 (UTC +04:00)

Balakənə 2 milyon ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın məlumatına görə, sərəncamla Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Balakən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar