Balakəndə narkotik alveri ilə məşğul olan dəstə yaxalandı
24 yanvar 2015 17:25 (UTC +04:00)

Balakəndə narkotik alveri ilə məşğul olan dəstə yaxalandı

 

 

Balakəndə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfərdən ibarət dəstə tutulub. Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə,  keçirilmiş əməliyyat  tədbir nəticəsində rayonun Gərəkli kənd sakinləri - 1985-ci il təvəllüdlü Arif Nizaməddin oğlu Dibirov, 1986-cı il təvəllüdlü Elçin Qəhraman oğlu Cınıxov, rayonun Sarıbulaq kənd sakinləri - 1993-cü il təvəllüdlü Kamandar Fikrət oğlu Baradov və 1994-cü il təvəllüdlü Musa Rauf oğlu Dibirov Gərəkli kəndi ərazisində narkotik vasitə hesab olunan 971,32 qram qrudulmuş marixuananı İlqar Sabir oğlu Atayevə 850 AZN-ə satarkən yaxalanıblar. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılanlardan Arif  Dibirov 2014-cü ilin iyul ayında yaşadığı evin həyətyani sahəsində 4 ədəd çətənə kolu əkib və kultivasiya etdiyi kollardan 986,5 qram çəkidə qurudulmuş marixuana əldə edib. 23 yanvar 2015-ci il tarixində Arif Dibirov Elçin Cınıxov,  Kamandar  Baradov və Musa Dibirovla bir araya gələrək narkotik vasitəni Gərəkli kəndi ərazisində satmaq qərarına gəliblər. Arif  Dibirovun yaşadığı evə baxış zamanı oradan 15,18 qram qrudulmuş marixuana aşkarlanıb.
 

 

Faktla bağlı cinayət işi başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar