Balakəndə iki qardaşı maşın vurdu
08 mart 2013 11:21 (UTC +04:00)

Balakəndə iki qardaşı maşın vurdu

Balakəndə iki qardaşı maşın vurub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib.

 

Məlumata görə, hadisə  Balakən-Qabaqçöl yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Talalar kənd sakini, 1988-ci il təvəllüdlü Xəlilov Ruslan Cavanşir oğlu idarə etdiyi VAZ 2107 markalı, 90 EN 598 nişan dövlət nömrəli avtomobillə yolun kənarında dayanan, Talalar kənd sakinləri 1989-cu il təvəllüdlü Abdullayev Fərid Ramazan oğlunu və  onun qardaşı 1991-ci il təvəllüdlü Abdullayev Məhəmməd Ramazan oğlunu vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

 

Balakən MRX-dan APA-ya verilən məlumata görə, hazırda Abdullayev qardaşların vəziyyəti orta-ağır hesab olunur, müalicələri davam etdirilir.

 

Fakla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15