Balakəndə bıçaqlanma
25 fevral 2018 23:31 (UTC +04:00)

Balakəndə bıçaqlanma

Balakəndə bıçaqlanma olub. 


APA-nın xəbərinə görə, bu gün axşam saat 20 radələrində Balakən şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub. 


MRX-dan  verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. 


Balakən rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar