APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 140 kv.m və 2-ci mərtəbənin tavanı 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Paytaxtın Nərimanov rayonunda daha bir yanğın hadisəsi baş verib. Belə ki, doqquzmərtəbəli yataqxana binasının zirzəmisində quraşdırılmış qeyri standart su qızdırıcılarına birləşdirilmiş 3 p.m elektrik kabelləri yanıb. Digər kommunikasiya xətləri və bina yanğından mühafizə olunub.
Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 50 kv.m olan ikimərtəbəli yaşayış evinin dəhlizinin yanar konstruksiyaları 9 kv.m sahədə, mətbəxin yanar konstruksiyaları və lambirdən ibarət tavanı 16 kv.m sahədə (ümumi 25 kv.m ) yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.