Bakıda daha bir oğul atasını öldürdü - <span style="color:red;">YENİLƏNİB
03 mart 2015 16:15 (UTC +04:00)

Bakıda daha bir oğul atasını öldürdü - YENİLƏNİB

0
Bakıda qətl törədilib.

 

 

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Ağaəli Bayraməli oğlu Tağıyev atası, 1958-ci il təvəllüdlü Bayraməli Tağıyevi bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən A. Tağıyev saxlanılıb.

 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

*****

 

 

13:26

 

 

Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 25-də 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqov, oğlu Malik tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, E. Sadıqov  rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində yerləşən mənzildə bıçaqlanıb.

 

Polislər tərəfindən saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 173

Oxşar yazılar