Bakının tanımış restoranlarından olan “Neapol” istirahət mərkəzində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Sumqayıt yolu üzərində yerləşən restoranda keçirilən məclis zamanı 1946-cı il təvəllüdlü Məmmədov Akif Mansur oğlu qəfil ölüb. Məclis iştirakçısı özünü pis hiss edib və yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, gec olub.
A.Məmmədovun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla əlaqədar araşdırmalar aparılır.