Bakının mərkəzindəki restoranda 30 min dollarlıq üzük itdi
18 noyabr 2015 17:18 (UTC +04:00)

Bakının mərkəzindəki restoranda 30 min dollarlıq üzük itdi

Bakıda restoranda müştərilərdən biri üzüyünü itirib. Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini Sürəyya Talıb qızı Talışinskaya polisə müraciət edərək bildirib ki, “MariVanna” restoranının sanitar qovşağında ağ qızıldan hazırlanmış və brilyantla bəzədilmiş üzüyünü unudub. O, 20 dəqiqə sonra qayıtsa da, üzüyünü qoyduğu yerdə tapa bilməyib.

 

Şikayətçi əlavə edib ki, üzüyün dəyəri təxminən 30 min dollardır.

 

“MariVanna” restoranından Lent.az-a bildirilib ki, onlar itən əşyalara görə cavabdehlik daşımırlar.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar