Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Bakının mərkəzindəki otellərdən birində əxlaqsızlıq yuvasının təşkil edildiyini üzə çıxarıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindəki “Fawity Towers” otelində, orada qeydiyyatçı işləyən Bakı şəhər sakini Timur Qurbanovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.