Bakı şəhərinin Nəsimi rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mirzəağa Əliyev küçəsi 58 saylı binanın zirzəmisindən meyiti tapılan şəxsin 55-60 yaşlı kişi olduğu ehtimal edilir.
Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Hazırda ölən şəxsin kimliyi, onun hansı şəraitdə və nə səbəbdən ölməsi və.s araşdırılır.