Bakının mərkəzində türkiyəli bərbəri vəhşicəsinə döydülər
11 aprel 2013 18:34 (UTC +04:00)

Bakının mərkəzində türkiyəli bərbəri vəhşicəsinə döydülər

Bakı şəhərinin Səbail rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəqani küçəsi 52 ünvanında yerləşən türk bərbərxanasında müştəri orada işləyən 1979-cu il təvəllüdlü Aydın Pınar Əlini döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Türkiyə vətəndaşı həkimə müraciət edib.

 

Bərbərə xəsarətlər yetirən müştəri ərazini tərk edib. Hazırda onun müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

# 1618
avatar

Nizam Rza

Oxşar yazılar