Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Küçə ilə hərəkətdə olan “Opel” markalı avtomobil Ruhulla Axundov küçəsinə dönərkən arxadan yüksək sürətlə gələn “BMW” onu vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində ilkin araşdırma aparıblar. Araşdırma zamanı məlum oldu ki, qəzanı törədən “BMW”nin sürücü, 51 yaşlı Telman Hüseynov sükan arxasına sərxoş vəziyyətdə keçib. Telman Hüseynov şifahi söhbətdə sərxoş olduğunu etiraf etsə də, kamera qarşısında spirtli içki qəbul etmədiyini bildirdi.
Yol polisi əməkdaşları Telman Hüseynovu həkim müayinəsindən keçməyə dəvət etsələr də, o, qəti şəkildə bundan imtina etdi. Polis işçiləri onu məcburi qaydada həkim müayinəsinə aparmalı oldular.
Faktla bağlı araşdırmalar davam etdirilir. Qəzanın hansı sürücünün günahı üzündən baş verməsindən asılı olmayaraq, sükan arxasına sərxoş vəziyyətdə keçərək özünün və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan 51 yaşlı Telman Hüseynov bu əməlinə görə məhkəmə tərəfindən cəzalandırılacaq.
***
Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.
APA-nın məlumatına görə, Rəşid Behbudov küçəsində “BMW” markalı avtomobil “Opel”ə çırpılıb.
İlkin məlumata əsasən, Rəşid Behbudov küçəsi ilə hərəkət edən “Opel” Ruhulla Axundov küçəsinə dönərkən “BMW” onu arxadan vurub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hazırda Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində ilkin araşdırma aparır.