Bakının mərkəzində 4 kişi qadına hücum edib
11 yanvar 2015 15:34 (UTC +04:00)

Bakının mərkəzində 4 kişi qadına hücum edib

Bakıda qadına qarşı xuliqanlıq edilib. Lent.az.ın məlumatına görə, hadisə Xəqani küçəsi 19 ünvanının qarşısında baş verib. Polisə müraciət edən 1991-ci il təvəllüdlü Həsənova Xəyalə Nazim qızı bildirib ki, dekabrın 30-da saat 06 radələrində tanımadığı 4 nəfər kişi ona hücum edib.

 

Qadın əlavə edib ki, həmin şəxslər ona təpiklə xəsarətlər yetiriblər, həmçinin idarə etdiyi “Changan Eado XT” markalı avtomobilə zərbələr endiriblər.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar