Bakının ən böyük prospektlərindən biri bağlanıb
26 dekabr 2012 10:42 (UTC +04:00)

Bakının ən böyük prospektlərindən biri bağlanıb

Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Lent.az-ın məlumatına görə, “Azadlıq” meydanında yeraltı avtomobil dayanacağının tikintisi ilə əlaqədar Azadlıq prospektindən Neftçilər prospektinə doğru hərəkətə qadağa qoyulub. Avtomobillər Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrinə doğru istiqamətləndirilir.

 

Bir neçə gün əvvəl isə yeraltı dayanacağın digər giriş-çıxışının tikintisi ilə əlaqədar Puşkin küçəsindən də “Neftçilər” prospektinə doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2081

Oxşar yazılar