İyunun 15-16-da Bakının bəzi mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq işləri ilə əlaqədar Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məlumata görə, sabah saat 06:00-dan 10:00-dək paytaxtın Azadlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
Sürücülərin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.