Kürdəmirdə taksi sürücüsünə qarşı quldurluq edən dəstə ifşa edilib.
Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslərdən canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.
Hadisə barədə məlumat daxil olan kimi rayon polis şöbəsində araşdırmalara başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
(Xezerxeber)
Lent.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
20.07.2019
23:02
Bakıdan Kürdəmir rayonuna taksi ilə gedən üç naməlum sərnişin sürücüyə qarşı quldurluq törədib.
APA-nın məlumatına görə, 1964-cü il təvəlüllüdlü Bakı şəhər sakini Yaşar Səmədov Kürdəmirin Sığırlı kəndində həmin sərnişinlərin hücumuna məruz qalıb.
Belə ki, həmin naməlum sərnişinlər sürücünün hər iki ayağına bıçaqla xəsarət yetirərək ondan pul tələb ediblər. Y.Səmədovun üzərindən 50 manat pul götürən cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Sürücü isə yaralı vəziyyətdə Kürdəmir xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.