Ukraynanın «Aerosvit» aviaşirkətinin Bakı-Kiyev marşrutu üzrə uçan təyyarə Tbilisidə məcburi eniş edib.
Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Aeroportdan verilən məlumata görə, bu gün saat 07:30-da 420 saylı Bakı-Kyiev aviareysi üzrə havaya qalxan təyyarə Ukrayna paytaxtında havanın qeyri-sabit olması səbəbindən Tbilisidə enib: «Təyyarənin nə vaxt Tbilisidən Kiyev istiqamətinə uçacağı hələ məlum deyil».
Qeyd edək ki, «Aerosvit» Kiyev-Bakı-Kiyev aviareyslərini hər həftənin II, III, V və VII günləri yerinə yetirir.