Bakıdakı özəl klinikada şok fırıldaq
06 avqust 2013 10:34 (UTC +04:00)

Bakıdakı özəl klinikada şok fırıldaq

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən bir neçə özəl tibb klinikasının vətəndaşları aldatması faktı müəyyən edilib.


 

DİN-dən APA-ya verilən məlumata görə, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda yerləşən “İmedis” klinikasında həkimlərin vətəndaşları aldatması üzə çıxıb.

 

Belə ki, vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, “İmedis” klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və “İmedis Ekspert” aparatı vasitəsilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlaması barədə diaqnoz qoyulub.

 

Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, “İmedis Ekspert” aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib. Bundan əlavə, daha 2 vətəndaş  - Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək “İmedis” klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər.

 

Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən, dəyəri 2500 manat olan “İmedis Ekspert” aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. “İmedis Ekspert” aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri-dəqiq, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib. Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı 43 yaşılı Əhəd Abadipəsənd xeyli müddətdir ki, çoxsaylı vətəndaşı bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəyiblər.

 

Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakı şəhərində fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunmuş cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

DİN-dən o da bildirilib ki, bəzən oxşar müayinə və müalicə üsulları ilə bağlı əsassız reklamlara KİV-də də rast gəlmək mümkündür. Odur ki, DİN vətəndaşlara tövsiyə edir ki, belə aldatma və dələduzluq halları ilə rastlaşdıqda 102 Xidmətinə, eləcə də (012) 590-39-10, (012) 590-98-58 saylı telefonlara zəng vuraraq məlumat versinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5106
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15