Bakıdakı güclü partlayışla bağlı rəsmi məlumat
12 yanvar 2015 14:29 (UTC +04:00)

Bakıdakı güclü partlayışla bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Qaradağ rayonunda baş vermiş güclü partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini  Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticəndə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar